Bakı metrosunda yeni kartların istifadəsinə başlanılır, köhnə kartların da taleyinə aydınlıq gətirildi

Avqustun 8-dən “Bakı Metropoliteni” QSC gediş haqqının ödənilməsi üçün "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" nağdsız ödəniş kartlarının istifadəsinə başlayır. Həmin tarıxdən etibarən həm metroda, həm də “Bakubus” avtobuslarında bu kartlardan istifadə etmək mümkün olacaq. Bunu “Bakıkart” layihəsinin rəhbəri Ceyhun Əliyev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, sentyabrın 30-dan sonra köhnə kartlardan istifadə etmək mümkün olmayacaq. Sentyabrın 15-dək köhnə kartların balansını artırmaq mümkün olacaq. Köhnə kartın balansındakı məbləğ yeni kart alındıqda avtomatik olaraq, ona köçürüləcək.

Yeni kartların qiyməti 2 manatdır, gediş haqqı isə 20 qəpikdir.

"BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarını bütün stansiyaların vestibüllərində və "BakuBus" MMC-yə məxsus marşrutların Bakıdakı dayancaqlarda quraşdırılımış yeni terminallardan əldə etmək olar.

"BakıKart Məhdud istifadə üçün" kartın qiyməti də 0,20 manatdır. Bu növ karta yalnız satın alınarkən 1,2,3 və ya 4 gediş yükləmək mümkündür. 1 gediş haqqının dəyəri 0,20 manatdır. Termianllarda bu növ kartların balansını artırmaq mümkün deyil. Bu növ kart yuxarıda qeyd edilən nəqliyyat vasitələrindən çox az istifadə edən şəhərin qonaqları və sakinləri üçün nəzərdə tutulub./
 

Google+ WhatsApp ok.ru