Bakının bəzi yerlərində yenidən postlar quruldu 25 İyul 2020 10:15 Ölkə Bakıda sərt karantin rejimi ilə əlaqədar bir sıra postlar yenidən qurulub. Maide.Az "modern.az"a istinadla xəbər verir ki, ssəhər saatlarından paytaxtın bir neçə istiqamətində avtomobil yollarında avtomobillərin hərəkətinə nəzarət gücləndirilib. Postlardan dövlət yol polisi əməkdaşları sürücü və sərnişinlərin icazə sənədlərini yoxlayır, evdən çıxmasına icazə verilməyən şəxslər postdan buraxılmır. Səhər saatlarından həmçinin şəhər ərazisində dayanacaqlarda, iri marketlərdə və küçələrdə də piyadaların hərəkətinə nəzarət gücləndirilib. Avtomobil yolları və küçələrdə nəzarət şənbə və bazar günləri də olacağı bildirilir. Teqlər : #Bakının,#bəzi,#yerlərində,#yenidən,#postlar,#quruldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şənbə günündə gözlənilən hava şəraiti açıqlanıb Bazar gününün hava proqnozu açıqlanıb