Bakının bir neçə rayonunda içməli su problemi olacaq

Bakının bir neçə rayonunda içməli su problemi olacaq

Məhdudiyyətə səbəb Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun genişləndirilməsidir
Avqustun 2-də gün ərzində Abşeron rayonunun Bağlar massivinə, eyni zamanda Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Report”a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi layihəsi çərçivəsində ərazidən keçən magistral su xətlərinin yeri dəyişdirilir.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir. /

Google+ WhatsApp ok.ru