Bakının bu ərazisində su olmayacaq

Bakının bu ərazisində su olmayacaq

Bu gün Bakının Nizami rayonunda suyun verilməsində məhdudiyyətlə olacaq. 
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı şəhəri Nizami rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni çəkilmiş magistral su xətləri mövcud sistemlərə birləşdirilir. Bununla əlaqədar iyulun 4-də gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir. 

 

Google+ WhatsApp ok.ru