Bakının bu ərazisində evlər sökülür 22 İyul 2019 16:45 Ölkə Bura “Bakının Şanxay”ıdır. Dəmir yolunun kənarındakı bu qəsəbə 1 küçədən ibarətdir. Bakılılar buranı Şanxay kimi tanıyır. Buranın belə adlandırılmasının əsas səbəbi isə evlərin sıx yerləşməsidir. Maide.Az ARB TV-yə istinadla xəbər verir ki, buranın ilk sakinləri 1950-ci illərin sonlarında Keşlə qəsəbəsində fəaliyyət göstərən beton zavodunun işçiləri olub. İkinci köç isə 1990-cı illərin əvvəllərində reallaşıb. Müharibə səbəbindən evlərindən didərgin düşənlərin üz tutduğu yaşayış ərazilərindən biri də bura olub. Müstəqillik dövrünün ilk illərində kənddən şəhərə üz tutanlar da artdıqca bu yerdə dəmir yoluna yaxın evlərin sayı çoxalmağa başlayıb. Tikililərin xəttdə çox yaxın yerləşməsi səbəbindən həyatını itirənlər də az olmayıb. Evlərin arasıyla hərəkət edən qatarlar uzun müddət sakinlərin kabusuna çevrilib. Buradakı vəziyyət nəzərə alınaraq evlərin söküntüsünə də başlanılıb. Bir müddət əvvəl dayandırılan söküntü işləri sakinlərin bir qismini narazı salıb. “Azərbaycan Dəmir Yolları” QSC-dən öyrəndik ki, dəmir yolunun mühafizə zolağında yerləşən 476 qeyri-qanuni tikilinin əksəriyyəti sökülüb. 21 evin söküntüsü isə müəyyən səbəblərdən gecikir. Lakin bu məsələnin həllinin tapılması üçün işlər davam etdirilir. Qonşularını yola salan, özləri qalan 21 ailənin də evləri söküləcək. Beləliklə “Bakının Şanxayı” tarixə qovuşacaq. Teqlər : #Bakının,#ərazisində,#evlər,#sökülür, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabahın hava proqnozu açıqlanıb Azərbaycan vətəndaşlarının səfər üçün daha çox seçdikləri YERLƏR