Bakının iki rayonunun qaz təchizatı məhdudlaşdırılıb 13 Fevral 2017 02:00 Ölkə Bu gün Bakının Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz ölçü qovşaqlarında aparılan təmir-bərpa işləri ilə əlaqədar fevralın 13-də saat 09:30-dan 17:00-dək Sabunçu və Xəzər rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Bildirilir ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq. "Azəriqaz" İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. (apa) / Teqlər : #Bakının iki rayonunun qaz təchizatı məhdudlaşdırılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Həmas” sionist İsrail rejiminin “azan qadağası” layihəsinə etiraz etdi Sabaha olan hava proqnozu açıqlanıb