Bakının mərkəzində `yeraltı əməliyyat`- FOTO

Maide.az Milli.Az istinadən xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı qarşısında yerləşən və 4 giriş-çıxışı olan piyada keçidinin bir hissəsindəki alış-veriş məntəqələri sökülür. 

Səbəb isə sakinlərin buradan rahat istifadə edə bilməməyi göstərilib.
 
Belə ki, keçiddə özbaşına rəflər yaradanlar oradan istifadə edən camaatın sıxlığına səbəb olurdu. 
 
Şikayətlər əsasında həmin rəflər sökülür, mallar isə sahibləri ilə birlikdə keçiddən çıxarılır. 
 


Google+ WhatsApp ok.ru