Bakının Nərimanov rayonunda təbii qazın verilişində fasilələr yaranacaq

Bakının Nərimanov rayonunda təbii qazın verilişində fasilələr yaranacaq

Bakı şəhəri Nərimanov rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

SOCAR-ın “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Nərimanov rayonu, N. Hacıyev küçəsi ilə F. Yusifov küçəsinin kəsişməsi, 1950-ci məhəllədə yerləşən “RAV” MTK-ya məxsus 120 mənzilli yaşayış binasının qazlaşdırılması məqsədilə çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar avqustun 26-da saat  09:00-dan 18:00-dək Nərimanov rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

 

Aparılan işlərin Binəqədi rayonunun 7 və 8-ci mikrorayonları ərazisinin qaz təchizatına təsir göstərməsi mümkündür. (apa) /

Google+ WhatsApp ok.ru