Bakı sakinlərinin nəzərinə: su olmayacaq

Sabah Bakının bu yerlərində su olmayacaq

“Azərsu”-dan maide.az-a verilən məlumata görə, Maştağa-Ramana-Sabunçu magistral su kəmərinin yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş 1000 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 14 oktyabr 2014-cü il saat 09:00-dan etibarən Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə - Ramana Südçülük Sovxozuna, məcburi köçkün şəhərciyinə, Yeni Suraxanı və Savalan yaşayış massivlərinə, eləcə də Samir Əliyev küçəsinin bir hissəsinə içməli suyun verilməsi 36 saat müddətində məhdudlaşdırılacaqdır. /

Google+ WhatsApp ok.ru