Bakı vağzalından hava limanına dəmir yolu çəkiləcək

Bakı vağzalından hava limanına dəmir yolu çəkiləcək

Bakının mərkəzindən H.Əliyev Beynəlxalq Hava Limanına dəmir yolu xətti çəkiləcək.
 
Maide.Az xəbər verir ki, bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
 
Qurum rəsmisi bildirib ki, Bakı Dəmir yolu vağzalından hava limanına çəkiləcək dəmir yolunun uzunluğu 25 kilometr olacaq. Dəmir yolu aeroport istiqamətində avtomobil yolu ilə kəsişəcək və həmin ərazidən yerüstü dəmir yolu keçidi inşa olunacaq.
 
Artıq "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyi H.Əliyev Beynəlxalq Hava Limanının rəhbərliyinə müraciət edib və aeroport rəhbərliyi təklifə razılıq verib. Hazırda həmin dəmir yolu xəttinin layihəsi hazırlanır.
 
N.Əzməmmədov qeyd edib ki, Bakı Dairəvi dəmir yolu layihəsi çərçivəsində Zabrat-Maştağa-Albalılıq dəmir yolunun da bərpası nəzərdə tutulub. /

Google+ WhatsApp ok.ru