Bakıya və rayonlara qar yağıb - FAKTİKİ HAVA 06 Dekabr 2016 02:00 Ölkə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabrın 5-i gündüzdən dekabrın 6-sı səhər saatlarınadək müşahidə olunan faktiki hava ilə bağlı məlumat yayıb. Departamentdən Maide.Az-a bildirilib ki, bu müddətdə ölkədə hava şəraiti qeyri-sabit keçib, yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Bakıda və Abşeron yarımadasında güclənib. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-6, Böyük Qafqazda 2-31, Kiçik Qafqazda 5-19, Lənkəran-Astara zonasında 1-10, Qazax-Gəncə zonasında 1-2, Mərkəzi Aran rayonlarında 1-9, Naxçıvan MR-da 1-4 mm təşkil edib. Qar örtüyünün hündürlüyü Qubada 20, Qubanın dağlıq ərazilərində 2-20, Xınalıqda 13, Daşkəsən, Göygöl, Altıağacda 10, Sarıbaşda 8, İsmayıllıda 7, Şahbuzda 5, Qəbələdə 4, Lerik, Rvarud, Ordubadda 3, Şamaxıda 2, Ağdərə, Mərəzə, Şabran, Kişçayda 1 sm olub. / Teqlər : # Bakıya və rayonlara qar yağıb FAKTİKİ HAVA, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ölkədə internetin sürəti niyə zəifləyib? Gələn ilin yanvarından etibarən doğulmuş məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək