Banklar böhrandan çıxmayınca...

Banklar böhrandan çıxmayınca...

"Novoye Vremya" qəzetində isə «Bank böhranının iqtisadiyyatda doğurduğu təhlükə davam edir» sərlövhəli məqaləyə yer verilib.
 
Müəllif yazır ki, ölkənin bank sisteminə etimad ən aşağı səviyyədədir. Artıq banklara nə kredit götürənlər, nə də əmanətçilər etibar edir: "Ölkədə 10-dan çox bankın bağlanması ilə əmanətlərin qaytarılmasında yaranan problemlər həm banklara etimadın, həm də əmanətlərin həcminin azalmasına səbəb olub".
 
Müəllifə görə, elə bu səbəbdən bəzi insanlar pullarını banklarda yox, balışlarının altında saxlayır.
 
Yazıda qeyd edilir ki, bank böhranı özünü bütün formalarda göstərir. Müəllifin düşüncəsinə görə, böhrandan çıxış simmetrik olmalıdır, problem kompleks həllini tapmalıdır: "Amma nə qədər ki, bank sistemini bu durumdan çıxarmalı olan qurum təmsilçiləri sadəcə düşünürlər, vəziyyət bir o qədər də pisləşəcək".
 
Yazıda vurğulanır ki, bankların böhranda olması bütünlükdə iqtisadiyyata zərbədir. Çünki bu vəziyyət iqtisadiyyata sərmayə qoyuluşunu azaldır.
 
Müəllifə görə, iqtisadiyyatın zəifləməsi ölkə vətəndaşlarının dolanışığına da mənfi təsir göstərir. /

Google+ WhatsApp ok.ru