`Barselona` finala yüksəldi - VİDEO

`Barselona` finala yüksəldi - VİDEO

İspaniya kubokunda ilk finalçının adı müəyyənləşib.
 
Yarımfinal mərhələsnin cavab matçında “Atletiko”nu qəbul edən "Barselona" 1:1 hesablı heç-heçə edərək finala yüksəlib. İlk oyunda Kataloniya klubu 2:1 hesablı qələbə qazandığı üçün bu nəticə finala çıxmaq üçün kifayət edib.
 
Qeyd edək ki, digər finalçı “Alaves” və “Selta” cütünün qalibi olacaq.
 
”Barselona” – “Atletiko” (Madrid) - 1:1 (İlk oyun: 2:1)
 
Qollar: Luis Suares, 43 - Qameyro, 83
 
Qırmızı vərəqələr: Serxio Roberto, 57, Luis Suares, 90 (“Barselona”), Yannik Karrasko, 69 (“Atletiko”)(faktxeber)
 

Google+ WhatsApp ok.ru