Bayram günləri Azərbaycanda qeyri-sabit, yağışlı hava şəraiti üstünlük təşkil edəcək 03 Oktyabr 2014 01:00 Ölkə Qurban bayramı günləri Azərbaycanda qeyri-sabit, yağışlı hava şəraiti üstünlük təşkil edəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Məlumata görə, oktyabrın 4-dən 7-nə kimi Azərbaycan ərazisində hava şəraitinin əsasən buludlu və yağmurlu olacağı proqnozlaşdırılır. Oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər saatlarında bəzi yerlərdə çiskinli olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Sabah Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 12-14, gündüz 17-22 dərəcə isti olacaq. Azərbaycanın bəzi bölgələrində oktyabrın 4-də yağış yağacaq, əsasən Lənkəran-Astara zonasında intensivləşəcək. Qərb küləyi əsəcək. Aran rayonlarında oktyabrın 4-də havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq. / Teqlər : #Bayram günləri Azərbaycanda qeyrisabit,#yağışlı hava şəraiti üstünlük təşkil edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda yenidən tramvaylar hərəkət edəcək Mövsüm Səmədov Qobustan həbsxanasına köçürülür