Beş gündür ki, itkin düşən neftçilərin axtarışı nəticəsizdir

Beş gündür ki, itkin düşən neftçilərin axtarışı nəticəsizdir

Dekabrın 15-də itkin düşən 9 neftçinin axtarış zonası genişlənir, bu barədə FHN-in məlumatında bildirilir.
 
Turan məlumat verir ki, indiyədək axtarışlar uzunluğu 100 km. və eni 72 km. olan ərazidə həyata keçirilib. Axrarışa FHN, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dəniz Administrasiyası, Dövlət Neft Şirkəti, Xəzər Dəniz Gəmiçiliyi cəlb edilib. Axtarış –xilasetmə işlərinə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb olunub. Yaradılan qərargah sözügedən zonada üzən xarici gəmilərlə əlaqə saxlayır.
 
Bununla yanaşı sahilboyu ərazilərdə FHN və Dövlət Sərhəd Xidmətinin canlı qüvvələri axtarış tədbirlərini  həyata keçirir.
 
Dekabrın 15-də Qaradağ rayonunda Nərimanov adına NQÇİ-nin estakadasının uçması nəticəsində 10 neftçi dənizə düşüb. Həmin gün onlardan birinin cəsədi tapılıb(contact)
 

Google+ WhatsApp ok.ru