`Beşiktaş` klubu `Çelsi`nin futbolçusunu transfer edib 15 Avqust 2016 01:00 İdman Futbolçu icarə əsasında çıxış edəcək Türkiyənin "Beşiktaş" klubu İngiltərə "Çelsi"sinin futbolçusu Kennet Omeruo ilə anlaşıb. "Report"un məlumatına görə, nigeriyalı müdafiəçi icarə əsasında "qartallar"ın formasını geyinəcək. İcarə müddətinin bir il olduğu bildirilir. Bu müddət ərzində 22 yaşlı futbolçu 700 min avro qazanacaq. Omeruo tezliklə İstanbula gələrək tibbi müayinədən keçəcək. Qeyd edək ki, Omeruo 2012-ci ildə Hollandiyanın "Den Haaq" klubundan "Çelsi"yə transfer olub. O, icarə əsasında "Den Haaq" (2012/2013), "Middlsbrou" (2014/2015), "Kasımpaşa" (2015/2016) klublarında çıxış edib. Futbolçunun "zadəganlar"la müqaviləsi 2017-ci ildə başa çatacaq. / Teqlər : #`Beşiktaş` klubu `Çelsi`nin futbolçusunu transfer edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Olimpiadanın on birinci günündə yeddi Azərbaycan idmançısı yarışacaq. Polis “Fənərbaxça”nın sabiq hücumçusunu öldürüb