`Beşiktaş` klubu tarixində 15-ci dəfə Türkiyə çempionu olub - VİDEO 29 May 2017 01:00 İdman Şenol Günəşin komandası qızıl medalları sona 1 tur qalmış təmin edib "Beşiktaş" klubu tarixində 15-ci dəfə Türkiyə çempionu olub. Şenol Günəşin baş məşqçisi olduğu komanda ardıcıl ikinci mövsüm qızıl medalları Super Liqada sona 1 tur qalmış təmin edib. 33-cü turda "Qaziantepspor"un qonağı olan "qara qartallar" 4:0 hesablı qələbəyə nail olub. Bununla da xallarını 74-ə çatdıran "Beşiktaş" ən yaxın izləyicisi "Başakşehirspor"u 4 xal geridə qoyub. Qeyd edək ki, "Beşiktaş" 2017-2018 mövsümündə mübarizəyə birbaşa Çempionlar Liqasının qrup mərhələsindən başlayacaq. (report) / Teqlər : #`Beşiktaş` klubu tarixində 15ci dəfə Türkiyə çempionu olub VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Yuventus” – “Real” finalı tarixə düşəcək `Barselona`ya yeni baş məşqçi təyin olunub