Belə getsə, oktyabra da yay havası ilə gedəcik

Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 17-20, gündüz 26-30 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında sentyabrın 30-da axşam və gecə əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, yağış yağacaq. Şərq küləyi əsəcək, ayr-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 13-18, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.
 
Yaxın iki gün ərzində Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilmir. /
 

Google+ WhatsApp ok.ru