Beyləqanda etiraz aksiyası keçirilir

Beyləqanda etiraz aksiyası keçirilir. Beyləqan rayon Dünyamalılar kəndinin 150-dən çox sakini yol problemlərinə görə İmişli-Beyləqan yolunu kəsib.

Bu barədə azadliq.info məlumat yayıb.

Məlumata görə, əhalinin üstünə polis yeridilib və toqquşmada 10-dan çox vətəndaş xəsarət alıb, bir o qədər sakin də saxlanılaraq polisə aparılıb. Saxlanılanların buraxılması tələbilə camaat polis şöbəsinin qarşısına toplaşıb.

Google+ WhatsApp ok.ru