Böhran tüğyan edəcək

Böhran tüğyan edəcək

"Novoye Vremya" qəzetində "İşsizliyi artırmaq olmaz" sərlövhəli məqalə diqqəti cəlb edir.
 
Müəllif 2017-ci ildə ölkə iqtisadiyyatı ilə bağlı gözləntilərini belə ifadə edir: "İqtisadi böhran tüğyan edəcək, Ümumi Daxili Məhsul azalacaq, manat dəyərsizləşməkdə davam edəcək, inflyasiya və bahalaşma, eləcə də işsizlik artacaq".
 
Müəllif yazır ki, bəzi müəssisələrdə işçilər kütləvi şəkildə məcburi məzuniyyətə göndərilib.
 
Yazıda qeyd edilir ki, elektrik enerjisinin bahalaşmasından sonra bir çox istehsalat müəssisələrində rentabellilik aşağı düşüb.
 
Müəllif vurğulayır ki, indi istər özəl, istərsə də dövlət müəssisələrində ixtisarlarla maliyyə vəsaitlərinə qənaət etmək düşüncəsindədirlər. Bu da yanan ocaqda alovu şiddətləndirmək kimi qəbul edilməlidir.
 
Yazıda deyilir ki, ölkədə əksər müəssisələr müasir tələblərə cavab vermir: "Bu mənada özəl sahə çoxdan çalxalanır, Bakının mərkəzində, regionlarda 100-lərlə market və mağazalar bağlanıb, ticarət mərkəzləri boşalıb. Ofis və bank əməkdaşları işsizlər ordusuna qoşulub".
 
Müəllif hesab edir ki, ölkədə bu vəziyyət korrupsiyaya və inhisarla tammiqyaslı mübarizəni qaçılmaz edir. /

Google+ WhatsApp ok.ru