Biləsuvarda yenidən su qıtlığı yaranıb 04 Sentyabr 2020 13:39 Ölkə Cənub Muğan kanalı və Balharı (Bolqarçay) çayının quruması Biləsuvar rayonunda yenidən su problemi yaradıb. Maide.Az "Report"a istinadla xəbər verir ki, bir neçə aydır davam edən su böhranı rayonun, demək olar ki, bütün ərazisini əhatə edib. Ötən ayın sonlarında rayon ərazisində yağan aramsız yağışlar sululuğun artmasına səbəb olsa da, daha sonra isti hava şəraiti yenidən çayların qurumasına gətirib çıxarıb. Bu ilin birinci rübündən başlayan su qıtlığı daha çox rayonun Yuxarı Cürəli, Ovçubərə,Təzəkənd, Ağalıkənd, Amankənd, Dərvişli və digər kəndlərində müxtəlif problemlər yaradıb. Belə ki, mövcud vəziyyət on minlərlə sakinin içməli su təminatında problemlərin yaranmasına səbəb olub. Eyni zamanda su qıtlığı kənd təsərrüfatının müxtəlif sahələrinə mənfi təsirlər göstərib. Bu da əkinçilik, heyvandarlıq və pamqıqçılıq sahəsində məhsuldarlığın aşağı düşməsinə səbəb olub. Cənub Muğan kanalı rayon əhalisinin içməli suya olan tələbatını ödəməklə yanaşı, əkinlərin suvarılması üçün yeganə mənbədir. Hazırda kənd sakinlərinin suya əlçatanlığı şəhərin mərkəzindən sudaşıyan nəqliyyat vasitələri ilə təmin olunur. Qeyd edək ki, Cənub Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometr olan kanal mənbəyini Araz çayından götürür və Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabadda istifadə olunur. Balharı çayı isə mənbəyini İrandan götürməklə, mənsəbi Biləsuvarın çöl düzü olan Mahmudçalada bitir. Uzunluğu 163 km olan çayın mənbəyi Talış silsiləsində, Qarıçadağın şimal yamacından başlayır. Çayın illik axımının 90-95%-i yağış sularından əmələ gəlir. Bundan əlavə, Biləsuvarda Balharı çayının məcrasında su anbarı tikilib. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1965-cu ildə istismara verilib. Teqlər : #Biləsuvarda,#yenidən,#qıtlığı,#yaranıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlandı Rayonlara gediş-gəliş açılır Ölkə Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb Azərbaycan əhalisinin sayı açıqlanıb Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb Oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb Azərbaycan ilə Qətər arasında viza rejimi ləğv olunub Bakının bəzi küçələrində su olmayacaq Azərbaycanda təbii qazın və elektrik enerjisinin qiyməti bahalaşıb Noyabrda dörd gün qeyri-iş günüdür Azərbaycanda ərzaq məhsulları orta hesabla 2,6 faiz bahalaşıb Peşə məktəblərində kredit sistemi təşkil olunacaq Pay torpaqlarına dövlət reyestrindən çıxarış verilməsi üçün rüsum tutulmayacaq Şənbə gününün hava proqnozu açıqlanıb 'Müstəqillik Günü haqqında'qanun layihəsi qəbul edildi Azərbaycanda banklar tərəfindən bankomatlar vasitəsilə dollar əsginasların qəbulu dayandırılıb Sabahın hava proqnozu açıqlanıb Sərnişinlərin NƏZƏRİNƏ: Marşrut xəttinin hərəkət sxemi dəyişdirildi Sabah gecə saatlarında 'Azercell'in bəzi xidmətlərində çətinliklər olacaq Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi yaranıb Daşınmaz əmlaka dair texniki sənədlərdən dövlət rüsumu tutulmayacaq Sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakının 3-cü mikrorayon ərazisində yolların birində hərəkət məhdudlaşdırılır Bakının 3-cü mikrorayon ərazisində yolların birində hərəkət məhdudlaşdırılır Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda hərəkət üç gün məhdudlaşdırılacaq - YENİLƏNİB Əcnəbilərin Azərbaycan universitetlərində təhsil almaq qaydaları dəyişdirilib Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb Bu gün Bakının mərkəzi hissəsində su olmayacaq 'Azərbaycanın su ehtiyatları ilbəil azalır' Bakıda V-IX siniflər üzrə diaqnostik qiymətləndirmə keçirilir Sabaha gözlənilən hava şəraiti açıqlanıb Peşə təhsili haqqında dövlət sənədi ilə universitetə daxil olmaq mümkün olacaq Bakı metrosunda gələn il təmassız ödəniş etmək mümkün olacaq Şənbə gününün hava proqnozu açıqlanıb Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti UZADILDI Sabah hava necə olacaq? Masazır gölü niyə quruyur? - AÇIQLAMA (FOTO) Umayra Tağıyeva: 'Havanın temperaturu ötən illə müqayisədə 3.3 dərəcə aşağıdır' Yeni tikililər mərkəzi istilik sisteminə qoşula bilər - 'Azəristiliktəchizat' Gələn həftədən qeyri-qanuni avtobus və taksilərə qarşı ciddi tədbirlər görüləcək Sabahın hava proqnozu açıqlanıb AZAL Ermənistan hava məkanından istifadə etməyə başlayıb Rezidenturaya qəbulun nəticələri açıqlanıb