Biz İsraili rəsmən tanımadığımız kimi qondarma DQR-i də tanımırıq - səfir

Biz İsraili rəsmən tanımadığımız kimi qondarma DQR-i də tanımırıq - səfir

"İranda keçirilən idman yarışında erməni idmançının köynəyində qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının əks olunması İran və Azərbaycan arasında olan yüksək əlaqələri korlamaq məqsədi daşıyırdı".
 
Maide.Az-ın verdiyi məlumata görə, bunu səlahiyyət müddəti başa çatan İran səfiri Möhsün Pakayin deyib.
 
Səfir qeyd edib ki, İran dövlətinin məsələyə münasibəti kəskin olub: "Biz İsraili bir dövlət olaraq tanımadığımız kimi qondarma Dağlıq Qarabağ Respublikasını da tanımırıq. Biz işğalın əleyhinəyik. Münaqişələr sülh yolu ilə öz həllini tapmalıdır”.
 
M,Pakayin deyib ki, İdman yarışlarının təşkilat komitəsinə ciddi xəbərdarlıq edildi. Gələcəkdə Ermənistandan gələn idman komandaları İrana ciddi nəzarət altında buraxılacaq.".
 
Qeyd edək ki, İranda yaşayan ermənilərin idman olimpiadasına Gürcüstan və Ermənistan qonaq kimi dəvət olunub. Ermənistan təmsilçisi olan idmançının geyiminin üzərində uydurma "DQR"-in bayrağı əks olunması Azərbaycanın ciddi narazılığına səbəb olub.
 
 

Google+ WhatsApp ok.ru