BMT: 2016-cı ildə yarım milyon qaçqın – ƏFQANISTANDA

BMT: 2016-cı ildə yarım milyon qaçqın – ƏFQANISTANDA

BMT Əfqanıstdanda uzun illər sürən müharibə nəticəsində əfqanlı qaçqınların sayının getdikcə şiddətlə artdığını bildirib. 
 
Maide.Az xəcbər verir ki,  BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə Ofisi elan edib ki,  təkcə 2016-cı ildə  yarım milyondan çox Əfqanıstanlı  daxili qarşıdurmalar nəticsəində  öz evlərindən didərgin düşüb. Bu rəqəm 2008-ci ildən sonra indiyədək ən yüksək rəqəmdir. 
 
Hökumət qüvvələri və Taliban terrorçuları arasında baş verən  qarşıdurmalar nəticəsində evlərini tərk edən şəxslərin syaı hər gün artır. 
 
BMT  daxili qaçqınların sayının artması və Əfqanıstanda uzun müddətli böhranın davam etməsi ilə bağlı  narahatçılığını bildirib. 
 
BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə Ofisi həmçinin elan edib ki,  2016-cı ildə  600 mindən çox əfqanıstanlı qaçqın  Pakistandan çıxarılıb və ölkələrinə qaytarılıb. 
 
BMT-nin iyul ayında yayımladığı statistikasına görə, 2016-cı ilin birinci yarısında Əfqanıstandakı qarşıdurmalarda 1601 nəfər öldürülüb, 3565 nəfər yaralanıb. 
 
 

Google+ WhatsApp ok.ru