Boliviyada avtobus dağ yolundan çıxaraq dərəyə aşıb, 13 nəfər həlak olub

Boliviyada avtobus dağ yolundan çıxaraq dərəyə aşıb, 13 nəfər həlak olub

Ölənlərin sayı arta bilər
 
Boliviyanın cənub-qərbində sıldırımlı dağ yolu ilə hərəkət edən avtobusun dərəyə aşması nəticəsində 13 nəfər həlak olub, onlarla insan yaralanıb.
 
"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "Universal" qəzeti yazır.
 
Bildirilir ki, qəza cümə axşamına keçən gecə baş verib. Qəzanın səbəbləri müəyyənləşdirilir. 
 
Polisin ehtimalına görə, ölənlərin sayı arta bilər. /

Google+ WhatsApp ok.ru