BP Azərbaycandakı nümayəndəliyində ixtisarlar aparacaq

Böyük Britaniyanın “British Pertoleum” (BP) neft-qaz şirkəti dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması səbəbindən gələn il yüzlərlə iş yerinin məcburi ixtisarına 1 mlrd. dollar sərf edəcək.
 
BP-nin prezidenti, baş icraçı direktor Robert Dadlinin sözlərinə görə, bu ixtisarlar şirkətin ABŞ, Böyük Britaniya, Almaniya və Azərbaycan nümayəndəliklərinə də təsir edəcək.
 
Bununla belə, BP-nin rəhbəri bildirib ki, böyük ehtimalla ixtisarlar platformada işləyən işçilərə aid olmayacaq.  
 
“BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib ki, bu məsələyə qısa zamanda münasibət bildiriləcək: “Hazırda iclasdayam. Çıxan kimi, sizinlə əlaqə saxlayacam”.

Google+ WhatsApp ok.ru