İbrahim Şehiçdən gözlənilməz açıqlamalar

"İlk hissəyə yaxşı başladıq. Normal hücumlar qurub vaxtında qol vurmağı bacardıq. İkinci hissənin əvvəlində niyə pressinq etdiyimizi anlamadım. Bu səbəbdən də lazımsız qol buraxdıq".
 
Bu sözləri "Qarabağ"ın qapıçısı İbrahim Şehiç Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda "Monako" ilə bərabərə qaldıqları matçdan (1:1) sonra deyib.
 
O bildirib ki, üç xal qazanmalı olduqları oyunda heç nədən iki xal itiriblər:
 
"Bizim vacib iki oyunumuz qalıb. Biri səfərdə "Anderlext"lə, digəri isə doğma meydanda "Tottenhem"lə. Bu oyunlarda hücumlar edib qələbə qazanmaq lazımdır".
 
İ.Şehiç "Monako"nun qol vurduğu epizodda oyundan kənar vəziyyətin olmadığını vurğulayıb:
 
"Epizoda təkrar baxdıq. Orada oyundan kənar vəziyyət yox idi. Bizim müdafiəçilərin həmin epizodda nəyi gözlədiyini başa düşmədim. Nəticədə rəqib bundan istifadə edib qol vurdu".(qol.az)

Google+ WhatsApp ok.ru