Britaniyalı azarkeşlər Rusiya bayrağını tapdalayıblar

Britaniyalı azarkeşlər Rusiya bayrağını tapdalayıblar

Avro-2016 çərçivəsində Rusiya-Slovakiya matçının bu gün keçiriləcəyi Fransanın Lil şəhərində azarkeşlər dava salmaq üçün təxribatlara əl atırlar.
 
APA-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, britaniyalı azarkeşlər rusiyalı futbol fanatlarını toqquşmalara təhrik etmək məqsədilə Rusiya bayrağını tapdalayıblar.
 
Videoda həmçinin britaniyalı fanatların yerli imkansız uşaqlara xırda pul atması, onları biri-biri ilə dalaşdırması əks olunub.
 
Qeyd edək ki, ötən gün UEFA Fransada keçirilən “Avro 2016” futbol çempionatında Rusiya-İngiltərə oyunundan sonra rusiyalı azarkeşlərin qanuna zidd əməlləri ilə bağlı qərarını açıqlayıb.
 
Rusiya yığması 150 min avro cərimələnərək şərti olaraq turnirdən kənarlaşdırılıb.
 
Şərti cəza o anlama gəlir ki, əgər çempionat ərzində bir daha belə hal təkrarlanarsa, Rusiya yığması “Avro 2016”dan uzaqlaşdırılacaq.
 
Qeyd edək ki, İngiltərə ilə Rusiya arasında 1-1 nəticələnən matçdan sonra ingilis və rus azarkeşlər arasında kütləvi dava-dalaş baş verib. Bundan başqa, Marsel şəhərində baş verən toqquşmalarda ağır yaralananlar olub.
 

Google+ WhatsApp ok.ru