Britanyada məktəblilər üçün hicab satışa çıxdı

Məktəbli uşaqlar üçün hicablı forma satışa çıxarıldış  Geyim və tekstil məhsulları satışı ilə məşğul olan “John Lewis” mağazalar şəbəkəsində məktəblilər üçün hicab satışa çıxarılıb.
 
“John Lewis” mağazalar şəbəkəsinin London və Liverpul şəhərlərində yerləşən filiallarında məktəbli forması satışı bölmələrində hicab satışı ilk dəfə olaraq həyata keçirilib.
 
“John Lewis” mağazalar şəbəkəsi Liverpulda yerləşən müsəlman qızlar məktəbi ilə bağladığı müqavilədən sonra hicab satışına başlayıb.
 
Qeyd edək ki, Liverpul müsəlman qızlar məktəbində müsəlmanlarla yanaşı başqa dinlərə mənsub uşaqlar da təhsil alır.

Google+ WhatsApp ok.ru