Brüsseldə hakimiyyət əleyhinə aksiya - FOTO

24 sentyabr 2014 -cü ildə Avropada yaşayan azərbaycanlılar adından Brüssel şəhərinin Lüksemburq meydanında – Avropa Parlamentinin binası önündə aksiya keçirilib. Avopanın müxtəlif ölkələrindən aksiyaya qatılan azərbaycanlılar Azərbaycandakı durumu müzakirə edib, fikir və təkliflərini səsləndiriblər. 
 
Yağış yağmasına baxmayaraq, açıq havada davam edən aksiyada siyasi mühacirlərdən İsa Sadıqov, Ataxan Əbilov, Oruxan Teymurxanoğlu, Ələsgərər Siyabov, Laman Talibova, Fikrət Hüseynli, Kənan Qafarov, Rövşən Qəmbər və digərləri çıxış edib. Davamlı olaraq müxtəlif dillərdə şüarlar səsləndirilmiş, etirazlar ifadə olunub. Azərbaycan hakimiyyəti tərəfindən aksiyaya göndərilən bəzi təxribatçılar isə aksiya iştirakçıları tərəfindən ciddi xəbərdarlıq alıblar. Təxribatçılar polis tərəfindən sorğu-sual edildikdən sonra onlara taksiyə minib dərhal ərazini tərk etmək tələb olunub. 2 saata yaxın davam edən aksiyanın sonunda aksiyanın qətnaməsi Avropa Parlamentinin nümayəndəsinə təqdim olunub, Azərbaycan rejiminin karikaturası əks olunan şarlar havaya uçurulub. musavat /
 

Google+ WhatsApp ok.ru