Bu avtomobillər texniki baxışdan keçməzlərsə sahibləri cərimələnəcək - VİDEO

Ayın 1-nə qədər belə avtomobillərin sürücüləri texniki baxışdan keçməzlərsə, yol polisi onlara 50 manat miqdarında cərimə tətbiq edə bilər.
 
MDB istehsalı olan avtobillərin texniki baxışdan keçməsi üçün son 2 gün qalıb. Qanunvericiliyə görə belə sürücülərə texniki baxış üçün verilən 3 aylıq vaxt mayın 1-i başa çatır. Qanunun tələbini əməl etməyən sürücüləri isə 50 manatlıq cərimə gözləyir.
 
Texniki baxış zamanı isə avtomobilin işıq cihazları, sükan idarəetmə mexanizmi , havaya buraxdığı zərərli qazın miqdarı yoxlanılır eyni zamanda yanğın söndürən balon, qəza dayanma nişanı və tibb çantasına baxılır. Avtomobilə əlavə avadanlıqlar quraşdırıldıqda isə həmin maşın texniki baxışdan keçirilmir.
 

Google+ WhatsApp ok.ru