İran bu il Həccə zəvvar göndərəcək? - Nazirdən açıqlama

İran İslam Respublikası bu il Həccə zəvvar göndərməyə bilər.
 
Maide.Az İran mediasına istinadən xəbər verir ki, bunu İİR-nın İslami İrşad və Mədəniyyət naziri Əli Cənnəti deyib.
Onun sözlərinə görə, bu ilki ziyarətlə bağlı zəvvarların hörmətinin saxlanılması, təhlükəsizliyin təmini və bir neçə şərtin yerinə yetirilməsi kimi qeydlərimizi elan etmişik. Lakin Səudiyyə Ərəbistan qeyd etdiklərimiz şərtlər ilə razılaşmayıblar. Əgər qeyd etdiyimiz şərtlər qarşı tərəfdən qəbul edilməsə, Həccə İran tərəfindən ziyarətçi göndərilməyəcək.
 
Nazir onu da bildirib ki, onlar birdəfəlik Həcc ziyarətindən imtina etmyiblər. Ərəbistanla danışıqlarımız davam edir, razılaşma əldə olunsa, əvvəlki tək zəvvarlarımız müqəddəs torpaqlara qədəm qoyacaqlar. O həmçinin qeyd edib ki, Iran da Səudiyyə Ərəbistanın irəli sürdüyü şərtləri qəbul etməyib.

 

Google+ WhatsApp ok.ru