Bu dəfə müəlliməni döydülər - Bakıda

Ötən gün bəzi kütləvi informasiya vasitələrində Bakının Xətai rayonu 64 nömrəli məktəbdə müəllimə işləyən Xuraman Quliyevanın döyülməsi ilə bağlı xəbərlər yayılıb. Məlumatlara təhsil müəssisəsindən aydınlıq gətirilib.
 
Maide.az xəbər verir ki, 64 nömrəli məktəbin direktoru Rəfael Mehdiyevin ANS PRESS-ə verdiyi məlumata görə, məktəbin müəllimi Xuraman Quliyevanın naməlum şəxs tərəfindən döyülməsi xəbəri həqiqəti əks etdirmir: "Xuraman müəllimə ilə məktəbin 9-cu sinif şagirdi Badamxanım Hacıyeva arasında mübahisə olub. Şagirdlə müəllim arasında baş verən anlaşılmazlığı araşdırmağa gələn Badamxanımın anası ilə Xuraman müəllimə arasında da mübahisə yaranıb və onlar bir-birini itələyiblər. Daha sonra müəllimə Xətai Rayon Polis İdarəsinə həmin valideynin hərəkətlərindən şikayət edib. Hazırda polis əməkdaşları hadisəni araşdırır".
 
Direktor həmçinin valideynin hadisədən sonra məktəbə gələrək baş verən hadisələrə görə Xuramam Quliyevadan üzr istədiyini də əlavə etdi.
 
Adı qalmaqalda hallanan müəllimə təhsil müəssisəsində ingilis dili ixtisasını tədris edir.
 
Ötən gün bəzi KİV-də bir neçə gün əvvəl Bakının Xətai rayonu 64 nömrəli məktəbdə müəllimə işləyən Xuraman Quliyevanın naməlum şəxs tərəfindən döyüldüyü barədə məlumat yayılıb. Məlumata görə, kimliyi bəlli olmayan adam məktəbə daxil olub və müəlliməni döyüb. Yaranmış səs-küyə çıxan müəllimləri görən cinayətkar hadisə yerindən qaçıb.

Google+ WhatsApp ok.ru