Bu ödənişlər ancaq elektron qaydada olacaq – SİYAHI

Bu ödənişlər ancaq elektron qaydada olacaq – SİYAHI

Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərə əsasən, bundan sonra bir çox ödənişlər elektron qaydada həyata keçirilməlidir. Fins.az hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirilməsi tələb olunan sahələrin siyahısını təqdim edir.

1. İnzibati cərimələr,        

2. Maliyyə sanksiyaları,

3. Vergilər,  

4. Gömrük rüsumları və yığımları,       

5. Faizlər;

6. Lizinq  əməliyyatları üzrə borcların  ödənilməsi   və kreditlərin verilməsi,  

7. Sığorta ödənişləri;

8. Dövlət orqanlarına,  dövlət mülkiyyətində olan  və paylarının  (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan    hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;

9. Stasionar  telefon xidmətləri və kommunal xərclər;

10.  Vergi ödəyicilərinə faizsiz pul vəsaitlərinin və digər ayırmaların ödənilməsi və qaytarılması;

11. Dövlət satınalma müqaviləsi üzrə əldə olunan   vəsaitin istifadəsi (xərclənməsi);

12. Təhsil haqlarının ödənilməsi;

13. Turagentlərə ödənişlər

Qeyd edək ki, bu dəyişikliklərlə bağlı “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişikliklər edilib. Onların tam mətni ilə buradan tanış ola bilərsiz. 

 

 

Google+ WhatsApp ok.ru