Bu dağıdıcıları kimsə yad edəcəkmi?

Bu dağıdıcıları kimsə yad edəcəkmi?

"Novoye Vremya" qəzetində də "Müşfiqi yenidən repressiyaya məruz qoydular" sərlövhəli məqalə oxumaq olar.
 
Yazıda tanınmış şair, 30-cu illərinin repressiya qurbanı Mikayıl Müşfiqin İnşaatçılar prospektindəki abidəsinin təmirlə bağlı xəbərdarlıqsız götürülməsi qiymətləndirilir.
 
Müəllif yazır ki, 1939-cu ildə cəmi 29 yaşında güllələnən şairin 80 il sonra abidəsi "repressiya"ya məruz qalıb.
 
Yazıda qeyd edildiyinə görə, "Azəravtoyolservis" ASC-dən bildiriblər ki, təmir işləri başa çatdıqdan sonra təkrar abidə yerinə qaytarılacaq. Qurumdan abidənin götürülməsini "xoş niyyət"lə izah ediblər.
 
Müəllif isə bu cavabı yetərli saymır. Belə "xoş niyyət"lər hesabına Füzuli və "Sovetski" küçələrində bir sıra tarixi abidələrin yerlə yeksan edildiyini vurğulayır.
 
Yazıda deyilir ki, sökülən, sıradan çıxarılan hər bir abidə xalqın milli sərvətidir. Müəllifin fikrincə, amma bu sərvətin qədri, qiyməti bilinmir.
 
Müəllif yazır ki, burada problem bunu edənlərin xalq və vətənə münasibətindədir: "Bu dağıdıcılar üçün bizim vətən "bu ölkə", bizim xalq "bu xalq" mərtəbəsindədir. Amma 80 il keçsə də, Müşfiq yad edilir, unudulmur, amma bu dağıdıcıları kimsə yad edəcəkmi?".

Google+ WhatsApp ok.ru