Buğdanın qiyməti bahalaşdı

Buğdanın qiyməti bahalaşdı

 
Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğdanın tədarükünün vaxtı 1 noyabr 2016-cı il tarixinədək uzadılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən xəbərə  görə, yerli buğda istehsalçılarından tədarük olunan keyfiyyətli buğdanın qiyməti də bahalaşıb. Bir ton buğda  280 manata alınacaq.
 
Xatırladaq ki, FHN Dövlət  Material Ehtiyatları Agentliyi bu il iyunun 21-dən etibarən Taxıl Fondu üçün buğda qəbuluna başlayıb. İlk mərhələdə bir ton üçün 270 manat qiymət qoyulub. (fins.az) /
 
 

Google+ WhatsApp ok.ru