Bu günə kimi ali məktəblərə sənəd verənlərin sayı açıqlanıb 17 Aprel 2018 01:00 Ölkə -- proses aprelin 30-dək davam edəcək Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün sənəd qəbulu martın 29-da başlayıb. Bu proses aprelin 30-dək davam edəcək. Bəs indiyə kimi nə qədər abituriyent Sənəd Qəbulu Komissiyasına ərizəsi təqdim edib? Modern.az saytı Dövlət İmtahan Mərkəzinə istinadən qruplar üzrə sənəd verənlərin statistikasını təqdim edir. Yaz imtahanına sənəd verənlərin sayı bu qədərdir. Azərbaycan bölməsi üzrə I - 17157 II - 10696 III - 12256 IV - 3308 Rus bölməsi üzrə I - 2052 II - 1524 III - 1321 IV - 540 Bunların cəmi I - 19209 II - 12220 III - 13577 IV - 3848 Yay imtahanlarına sənəd verənlərin sayı bu qədərdir. Azərbaycan bölməsi üzrə I - 243 II - 76 III - 170 IV - 92 Rus bölməsi üzrə I - 18 II - 31 III - 26 IV - 5 Bunların cəmi I - 261 II - 107 III - 196 IV - 97 V qrup və tam orta ixtisas təhsili üzrə qeydiyyatdan keçənlərin sayı 57267 nəfərdir. Aprelin 22-də keçiriləcək imtahanda iştirak edəcək (aprelin 10-u saat 23:59-dək ərizələrini təsdiq edən) abituriyentlərin sayı 5650 nəfərdir. İyunun 10-da keçiriləcək imtahanda iştirak edəcək (aprelin 10-dan sonra ərzilərini təsdiq edən və ya ümumi orta təhsil səviyyəsi üzrə də rus bölməsinə ərizə verib aprelin 22-də bu səviyyə üzrə keçirilən Azərbaycan dili fənni imtahanında iştirak edəcək) abituriyentlərin sayı 211 nəfərdir. 2017-ci ildə “Azərbaycan dili” fənni üzrə test imtahanında “məqbul” qiymət alıb, cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı 341 nəfərdir. Teqlər : #Bu günə kimi ali məktəblərə sənəd verənlərin sayı açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah üçün ölkə ərazisində gözlənilən hava şəraiti Bakıda İƏT gənclər və idman nazirlərinin 4-cü konfransı keçiriləcək