Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq

Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq

Qarabağ növbəti mərhələyə çıxmaq uğrunda mübarizə aparacaq
 
Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsinin oyunlarına yekun vurulacaq.
 
Artıq əksər komandaların qitə turniri ilə vidalaşacağı dəqiqdir.
"A" qrupunda Ukraynanın "Zorya", "B" qrupunda Qazaxıstanın "Astana", "C" qrupunda "Qəbələ" və Almaniyanın "Maynts", "E" qrupunda Çexiyanın "Viktoriya", "F" qrupunda Avstriyanın "Rapid" və İtaliyanın "Sassuolo", "G" qrupunda Yunanıstanın "Panatinaikos", "H" qrupunda Türkiyənin "Konyaspor", "İ" qrupunda Fransanın "Nitsa" və Avstriyanın "Zalsburq", "K" qrupunda isə İtaliyanın "İnter" komandası Avropa Liqasında son oyunlarını keçirəcək.
 
"A" qrupunda mübarizə aparan Türkiyənin "Fənərbağça" klubu hazırda 10 xalla liderdir. İstanbul təmsilçisi Hollandiya "Feyenoord"u ilə səfər görüşündən heç-heçə ilə ayrılacağı təqdirdə belə mərhələ adlayacaq. 0:1 hesablı məğlubiyyət də "Fənərbağça"nın öz adını növbəti mərhələyə yazdırmasına kömək edəcək. Bu halda Hollandiya klubu ilə eyni xala malik "sarı-lacivərdlər" top fərqinə görə üstünlük qazanacaq. "Fənərbağça" "Feyenoord"la İstanbuldakı oyunda 1:0 hesablı qələbə qazanıb. Qrupun digər oyununda İngiltərənin "Mançester Yunayted" komandası Ukraynada "Zorya" ilə qarşılaşacaq.
 
Azərbaycan təmsilçisi "Qəbələ"nin çıxış etdiyi "C" qrupunda lider müəyyənləşəcək. Hazırda birinci pillədə qərarlaşmış "Anderlext" klubu Belçikada Fransa "Sent-Etyen"ini sınağa çəkəcək. Meydan sahiblərinə növbəti mərhələyə qrup lideri kimi yüksəlmək üçün bərabərlik də kifayət edirsə, qonaqlar bunun üçün mütləq qələbə qazanmalıdır. Almaniyada "Maynts" və "Qəbələ" arasındakı görüş isə heç bir komandanın şansı olmadığından formal xarakter daşıyacaq.
 
"J" qrupunda isə Azərbaycanın digər təmsilçisi "Qarabağ"ın taleyi müəyyənləşəcək. Bakıda "Fiorentina" ilə qarşılaşacaq "Qarabağ" mərhələ adlamaq üçün məğlub olmamalıdır. Qalib gələcəyi təqdirdə adını növbəti mərhələyə yazdıracaq Qurban Qurbanovun rəhbərlik etdiyi komanda, heç-heçə sayəsində ya Yunanıstandakı oyunda bərabərliyi, ya da meydan sahiblərinin məğlubiyyətini gözləməlidir.
 
"L" qrupunda mübarizə aparan Türkiyənin "Osmanlıspor" klubunun vəziyyətini yaxşı adlandırmaq olar. Qardaş ölkə təmsilçisi evdə "Sürix"lə keçiriləcək matçdan ən azı heç-heçə ilə ayrılacağı təqdirdə növbəti mərhələni təmin etmiş olacaq. (report) /
 
Avropa Liqası, qrup mərhələsi, VI tur
8 dekabr
A qrupu
22:00. "Feyenoord" (Hollandiya) - "Fənərbağça" (Türkiyə)
22:00. "Zorya" (Ukrayna) - "Mançester Yunayted" (İngiltərə)
Xal durumu: "Fənərbağça" - 10. "Mançester Yunayted" - 9. "Feyenoord" - 7. "Zorya" - 2.
 
B qrupu
22:00. "Apoel" (Kipr) - "Olimpiakos" (Yunanıstan)
22:00. "Yanq Boyz" (İsveçrə) - "Astana" (Qazaxıstan)
Xal durumu: "Apoel" - 9. "Olimpiakos" - 8. "Yanq Boyz" - 5. "Astana" - 5.
 
C qrupu
22:00. "Maynts" (Almaniya) - "Qəbələ" (Azərbaycan)
22:00. "Anderlext" (Belçika) - "Sent-Etyen" (Fransa)
Xal durumu: "Anderlext" - 11. "Sent-Etyen" - 9. "Maynts" - 6. "Qəbələ" - 0.
 
D qrupu
22:00. "Makkabi" (Tel-Əviv, İsrail) - "Dandolk" (İrlandiya)
22:00. AZ (Hollandiya) - "Zenit" (Rusiya)
Xal durumu: "Zenit" - 15. AZ - 5. "Dandolk" - 4. "Makkabi" - 4.
 
E qrupu
22:00. "Astra" (Rumıniya) - "Roma" (İtaliya)
22:00. "Viktoriya" (Çexiya) - "Austriya" (Avstriya)
Xal durumu: "Roma" - 11. "Astra" - 7. "Austria" - 5. "Viktoriya" - 3.
 
F qrupu
22:00. "Sassuolo" (İtaliya) - "Genk" (Belçika)
22:00. "Rapid" (Avstriya) - "Atletik" (İspaniya)
Xal durumu: "Genk" - 9. "Atletik" - 9. "Rapid" - 5. "Sassuolo" - 5.
 
G qrupu
00:05. "Panatinaikos" (Yunanıstan) - "Selta" (İspaniya)
00:05. "Standard" (Belçika) - "Ayaks" (Hollandiya)
Xal durumu: "Ayaks" - 13. "Standard" - 6. "Selta" - 6. "Panatinaikos" - 1.
 
H qrupu
20:00. "Braqa" (Portuqaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
20:00. "Konyaspor" (Türkiyə) - "Gent" (Belçika)
Xal durumu: "Şaxtyor" - 15. "Braqa" - 6. "Gent" - 5. "Konyaspor" - 1.
 
İ qrupu
00:05. "Nitsa" (Fransa) - "Krasnodar" (Rusiya)
00:05. "Zalsburq" (İsveçrə) - "Şalke" (Almaniya)
Xal durumu: "Şalke" - 15. "Krasnodar" - 7. "Zalsburq" - 4. "Nitsa" - 3.
 
J qrupu
20:00. "Qarabağ" (Azərbaycan) - "Fiorentina" (İtaliya)
20:00. PAOK (Yunanıstan) - "Slovan" (Çexiya)
Xal durumu: "Fiorentina" - 10. "Qarabağ" - 7. PAOK - 7. "Slovan" - 4.
 
K qrupu
00:05. "Southempton" (İngiltərə) - "Hapoel" (İsrail)
00:05. "İnter" (İtaliya) - "Sparta" (Çexiya)
Xal durumu: "Sparta" - 12. "Hapoel" - 7. "Southempton" - 7. "İnter" - 3.
 
L qrupu
20:00. "Vilyarreal" (İspaniya) - "Steaua" (Rumıniya)
20:00. "Osmanlıspor" (Türkiyə) - "Sürix" (İsveçrə)
Xal durumu: "Osmanlıspor" - 7. "Steaua" - 6. "Sürix" - 6. "Vilyarreal" - 6.

Google+ WhatsApp ok.ru