Bu gün Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulub 02 Noyabr 2016 02:00 İqtisadiyyat Müəssisə Pirallahı Sənaye Parkının ərazisində inşa olunacaq Bu gün Bakı şəhərinin Pirallahı Sənaye Parkında Azərbaycan İnvestisiya Şirkəti və Rusiyanın “R-Pharm” şirkətinin iştirakı ilə investisiya dəyəri 74 mln. ABŞ dolları olan əczaçılıq məhsullarının istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib. “Report”un məlumatına görə, təməlqoyma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulski və digər rəsmi şəxslər iştirak ediblər. Təməlqoyma mərasimində "Azərbaycan İnvestisiya Şirkəti" ASC, "Vita-A" MMC və Rusiyanın "R-Pharm" şirkətinə daxil olan "AR-Pharm" MMC arasında "Hayat Pharm" əczaçılıq məhsullarının istehsalı zavodunun yaradılması üzrə Səhmdarlar Sazişi imzalanıb. Qeyd edək ki, sözügedən zavodda 100-dən çox əczaçılıq məhsulunun istehsal edilməsi nəzərdə tutulub. / Teqlər : #Bu gün Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabahdan Azərbaycana idxal edilən sement və kərpic üçün yeni gömrük rüsumları tətbiq ediləcək Son iki ayın 5 əsas iqtisadi çətinliyi