Bu gündən Azərbaycanda sərinləşdirici içkilər bahalaşdı – SİYAHI 24 Yanvar 2015 02:00 İqtisadiyyat “Azərbaycan Coca-Cola Bottlers” MMC-nin istehsal etdiyi bir sıra sərinləşdirici qazlı və qazsız içkilərin qiymətinin yanvarın 24-dən etibarən 10-20 qəpik bahalaşması barədə qərarı qüvvəyə minib. Xatırladaq ki, bundan əvvəl şirkətdən verilən məlumata görə, 24 yanvar 2015-ci il tarixindən aşağıdakı siyahıda adları göstərilmiş məhsullarda satış qiyməti artırılması nəzərdə tutulurdu: - 0,5 lt plastik qabda qablaşdırılan “Cappy” içkisinin tövsiyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə - 0,5 lt plastik qabda qablaşdırılan “Fuse tea” içkisinin tövsiyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə - 0,5 lt plastik qabda qablaşdırılan “Burn” içkisinin tövsiyə olunan satış qiyməti 1 manat 90 qəpikdən 2 manat 10 qəpiyə - 0,5 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazlı və qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 20 qəpikdən 25 qəpiyə - 2 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazlı və qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 50 qəpikdən 60 qəpiyə - 5 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 1 manat 10 qəpikdən 1 manat 30 qəpiyə artırılacaqdır. Teqlər : #Bu gündən Azərbaycanda sərinləşdirici içkilər bahalaşdı – SİYAHI, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Texas nefti 45 dollara düşdü Avtomobilini sığorta edənlərin nəzərinə