Bu gün Çempionlar Liqasının ilk finalçısı müəyyənləşəcək

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.
 
Maide.Az-ın məlumatına görə, baş tutacaq bir oyundan sonra ilk finalçı müəyyənləşəcək.  "Bavariya" evdə "Atletiko"nu qəbul edəcək. Madriddə rəqibinə 0:1 hesabı ilə uduzan Münhen təmsilçisi doğma azarkeşləri önündə həmin əvəzini çıxmağa çalışacaq.
 
Qeyd edək ki, sabah keçiriləcək "Real" - "Mançester Siti" görüşündən sonra digər finalçı bəlli olacaq.
 
3 may
 
Çempionlar Liqası, yarımfinalın cavab oyunu 
 
"Bavariya" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya) 
İlk oyun - 0:1
 
4 may
 
"Real" (Madrid, İspaniya) - "Mançester Siti" (İngiltərə) 

Google+ WhatsApp ok.ru