Bu gün futbol üzrə Avropa Liqasının qalibi bəlli olacaq 24 May 2017 01:00 İdman Finalda Ayaksla Mançester Yunayted üz-üzə gələcək Bu gün futbol üzrə Avropa Liqasının qalibi müəyyənləşəcək. "Report"un məlumatına görə, İsveçin paytaxtı Stokholmdakı "Friends Arena"da keçiriləcək final matçında İngiltərənin "Mançester Yunayted" və Hollandiyanın "Ayaks" komandaları üz-üzə gələcək. Amsterdam təmsilçisi son 21 ildə ilk dəfə avrokubokların həlledici oyununa çıxacaq. Ümumilikdə isə iki komanda finallarda üst-üstə 16 dəfə iştirak edib. "Ayaks" 7 dəfə kuboka yiyələnibsə, "Mançester Yunayted"də bu göstərici 4 olub. "Qırmızı şeytanlar" bu dəfə qalib gəlsələr, ilk dəfə Avroliqanın baş mükafatını qazanacaqlar. Eyni zamanda bu komanda bütün 3 Avropa kubokuna - Çempionlar Kuboku (hazırkı Çempionlar Liqası), UEFA Kuboku (Avropa Liqası) və hazırda mövcud olmayan Kuboklar Kubokuna yiyələnən 5-ci komanda sayılacaqlar. Əvvəllər bu, 4 kluba nəsib olub ki, onlardan biri də "Ayaks"dır. Qeyd edək ki, bugünkü oyun Mançesterdə törədilmiş terror aktı qurbanlarının xatirəsinin anımı məqsədilə 1 dəqiqəlik sükutla başlanacaq. / Avropa Liqası Final 22:45. "Ayaks" (Hollandiya) - "Mançester Yunayted" (İngiltərə) Baş hakim: Damir Skomina (Sloveniya) Stokholm, "Friends Arena" Teqlər : #Bu gün futbol üzrə Avropa Liqasının qalibi bəlli olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fənərbaxçanın futbolçusu Ozan Tufan həbs edilib `Milan`dan `Real`a 60 milyon avro