Bu gün həmsədrlərin regiona səfəri başlayır 26 Oktyabr 2015 02:00 Qarabağ xəbərləri ATƏT-in Minsk qrupu həmsədrlərinin bu gün regiona səfəri başlayır. Həmsədrlər İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andryu (Fransa) bu gün Ermənistana səfər edəcəklər. Görüş zamanı onlar Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüş keçirməyi planlaşdırırlar. Daha sonra həmsədrlər Dağlıq Qarabağa səfər edəcəklər. Vasitəçilər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçiriləcək monitorinqdə iştirak edəcəklər. Ehtimal olunur ki, onlar Dağlıq Qarabağ cəbhəsində monitorinqdən sonra təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan qarşı tərəfinə keçəcəklər.apa Teqlər : #Bu gün həmsədrlərin regiona səfəri başlayır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Düşmən bütün cəbhə boyu susdurulub Azərbaycan Silahlı Qüvvələri ermənilərin mövqelərinə və səngərlərinə 102 dəfə atəş zərbəsi endirib
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni