Bu gün `Qarabağ` və `Qəbələ` Avroliqada növbəti görüşlərini keçirəcək Böyüt 29 Sentyabr 2016 01:00 İdman Ölkə çempionu “Qarabağ” bu gün beynəlxalq arenada növbəti sınağına çıxacaq. Maide.Az bildirir ki, Apasport.az saytının məlumatına görə, Ağdam klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Fiorentina”nın qonağı olacaq. İlk turda Bakıda “Slovan”la heç-heçə edən “Qarabağ”ı bu dəfə daha çətin oyun gözləyir. Rəqib meydanlardakı son 6 matçda “Qarabağ” qələbə üzü görməyib, cəmi 2 heç-heçə ilə təsəlli tapıb. Roman Qriqorçukun yetirmələri isə Bakıda Almaniyanın “Maynts” klubunu qəbul edəcəklər. İlk turda səfərdə “Anderlext”lə bacarmayan “Qəbələ”ni bu dəfə də çətin sınaq gözləyir. Bununla belə, cari mövsümdə Avroliqanın hər 4 təsnifat mərhələsində doğma meydanda qalibiyyətə sevinən “Qəbələ” ənənəni davam etdirmək niyyətindədir. Təmsilçimiz bu görüşə itkilərlə çıxacaq. Belə ki, cəzalı Teo Uiks və zədəli Nika Kvekveskiri “qırmızı-qaralar”a vacib qarşılaşmada kömək edə bilməyəcəklər. Avropa Liqası Qrup mərhələsi II tur J qrupu 19:00. “Qəbələ” – “Maynts” (Almaniya) Baş hakim: Gediminas Majeyka Bakı. 8-ci km qəsəbə stadionu C qrupu 21:00. “Qarabağ” - “Fiorentina” (İtaliya) Baş hakim: Oliver Draxta Florensiya. “Artemio Franki” stadionu Teqlər : #Bu gün `Qarabağ` və `Qəbələ` Avroliqada növbəti görüşlərini keçirəcək Böyüt, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avropa Liqasında 24 oyun UEFA Çempionlar Liqasında II tura yekun vurulub