Bu il Azərbaycanda doğuş zamanı baş verən ana ölümlərinin sayı açıqlanıb 03 İyun 2016 01:00 Ölkə Bu il Azərbaycanda doğuş zamanı baş verən ana ölümlərinin sayı açıqlanıb. Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova APA-ya deyib ki, ölkədə hər il doğuşların sayı artır, ana ölümləri isə əksinə olaraq azalır. Onun sözlərinə görə, bu il ölkədə 160-170 min doğuş qeydə alınır: “Bu il doğuşlardan yalnız 10-u ölümlə nəticələnib. Ana ölümlərinin sayı ötən illə müqayisədə azdır”. Bakı və rayonlar arasında ana ölümlərinin müqayisəsinə gəlincə S.Məmmədova qeyd edib ki, paytaxtda ana ölümü faktları daha az olur. Onun sözlərinə görə, Bakıda çox zaman rayonlardan köçürülən hamilə qadınlar doğuş zamanı ölür: “Valideynlərin xəstə övladlarını vaxtında həkim məsləhətxanasına aparmaması, hamiləlik vaxtı rayonlarda gənc anaların müalicə olunmaması nəticəsində fəsadlar yaranır, onlar Bakıya köçürülür. Əksər hallarda Bakıdakı həkimlər onları bu vəziyyətdən çıxarır. Amma elə ağırlaşmış, xəstəliyin sonuncu mərhələsində qadınlar daxil olur ki, belə hallarda ölümdən qaçmaq mümkün olmur”. / Teqlər : #Bu il Azərbaycanda doğuş zamanı baş verən ana ölümlərinin sayı açıqlanıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda havanın temperaturu 32 dərəcəyədək yüksələcək Daşınmaz əmlak bazarında aktivlik 23,4 faiz azalıb