Bu il Ceyhandan 17 milyon ton neft yola salınıb 08 Sentyabr 2017 01:00 İqtisadiyyat Bu ilin avqust ayında 2 milyon 531 min 737 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Xəbəri Dövlət Neft Şirkəti (SOCAR) yayıb. Şirkətdən yayılan bilgilərə görə, bunun 1 milyon 733 min 485 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib. «Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 17 milyon 239 min 539 ton təşkil edib», - xəbərdə vurğulanır. Ancaq son bir ildə Bakı-Tbilisi-Ceyhan (BTC) xətti ilə nəql edilən neftin 10 faiz azaldığı bildirilir. Bütünlükdə isə, BTC istismara verilən gündən 2017-ci il sentyabr ayının 1-ə qədər Ceyhan limanından 337 milyon 74 min 138 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb. Bu kəmər 2006-cı ildən istismara verilib.(azadliq.org) Teqlər : #Bu il Ceyhandan 17 milyon ton neft yola salınıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Varlıların benzini bahalaşdı, növbədə dizel ola bilər Bu il problemli kreditlər 340,2 milyon manat artıb