Bu küçələrdə yollar buz bağlayıb 08 Dekabr 2016 02:00 Ölkə Faktiki hava şəraiti ilə əlaqədar olaraq, paytaxtın müəyyən hissələrində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, yollar buz bağlayıb. Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. Bildirilir ki, bu vəziyyət daha çox paytaxtın nisbətən yüksək ərazilərində yerləşən Şərifzadə küçəsi və Mətbuat prospektində müşahidə edilməkdədir: "Bu səbəbdən həmin küçə və prospektlərdə xidmət göstərən sərnişin avtobuslarının qrafikində gecikmələr yaranır. Hazırda BNA sərnişin avtobuslarının fəaliyyətində yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Bununla yanaşı, paytaxt yollarına və ictimai nəqliyyat şəbəkəsinə nəzarət gücləndirilib". (apa) / Teqlər : #Bu küçələrdə yollar buz bağlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı-Sumqayıt elektrik qatarının hərəkət cədvəli dəyişir Qar yağdı, gediş haqqı birə beş artırıldı -FOTO