Bu marşrutun hərəkət trayektoriyası dəyişdiriləcək 13 Mart 2017 02:00 Ölkə 4 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə. dəyişikliyə əsasən, akademik Həsən Əliyev, Ceyhun bəy Hacıbəyli küçələri, eləcə də M.K. Atatürk prospektində yaşayan sakinlərin 4 nömrəli müntəzəm marşrut xəttindən istifadə etməklə Montin qəsəbəsi, metronun N.Nərimanov və Ş.İ.Xətai stansiyalarına rahat gediş-gəlişi təmin ediləcək. Belə ki, bu marşrut xətti üzrə avtobuslar metorunun Ş.İ.Xətai stansiyası istiqamətində hərəkət edərkən F.X.Xoyski küçəsindən M.K.Atatürk prospektinə, daha sonra akademik Həsən Əliyev və Ceyhunbəy Hacıbəyli küçələrindən keçməklə yolunu davam etdirəcək. Məlumat üçün bildirək ki, 4 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 20 mart tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək. (apa) / Teqlər : #Bu marşrutun hərəkət trayektoriyası dəyişdiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabaha olan hava proqnozu açıqlanıb İmtahan ödənişlərinin yekun məbləğləri açıqlandı