Bu rayonlarda qaz olmayacaq - Siyahı 28 Avqust 2014 01:00 İqtisadiyyat Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda qeyd olunur ki, qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 11:00-dan 18:00-dək Samux və Lənkəran rayonlarının bir hissəsinə, həmçinin saat 16:00-dək Göyçay rayonunun Qarayazı və Qaraməryəm kəndlərinə, saat 18:00-dək Şamaxı rayonunun Qurdtəpə, Meysəri və Muğanlı kəndlərinə, Ağsu rayonunun isə Dilman və Xatman kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq. Teqlər : #Bu rayonlarda qaz olmayacaq Siyahı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Daşınmaz əmlak bazarında qiymətlər artır Dördüncü mobil operator gəlir