Bu uşaqları yenidən məktəbəhazırlıq qrupuna yazmayacaqlar

Bu uşaqları yenidən məktəbəhazırlıq qrupuna yazmayacaqlar

Bu gündən dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə start verilib. Valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemi vasitəsilə övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər.
 
Maide.Az "Sputnik"ə istinadla xəbər verir ki, məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının 20-dən başlanılacaq.
 
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına qeydiyyatla bağlı yaranın suallardan biri şagirdlərin yaş həddidir. Bu il 5 yaşı olan uşaqlar məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçməsələr, növbəti ildə onların yaşı məktəbəhazırlıq keçməsinə imkan verəcəkmi?
 
Təhsil Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar. 2015-ci ildə anadan olmuş uşaqlar bu il məktəbəhazırlıq qruplarına yazılmasalar, onlar təkrar məktəbəhazırlığa yox, 1-ci sinfə qəbul olacaqlar. 

Google+ WhatsApp ok.ru