Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 12,8 km-də Sulutəpə qəsəbəsi ərazisində tikilən yerüstü piyada keçidlərində aşırım qurğusunun montajı ilə əlaqədar olaraq mart ayının 14 və 15-də gecə saat 00:00 dan səhər saat 05:00-dək yolun bir hərəkət zolağında (hər iki istiqamət üzrə) nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
 
Maide.Az xəbər verir ki, "Azəravtoyol" ASC-dən verilən məlumata görə, mart ayının 16 və 17-də isə, gecə saat 00:00-dan sahər saat 5:00-dək yol hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti üçün tamamilə bağlanacaq.
 
Alternativ yol olaraq, nəqliyyat vasitələri Hacı Zeynalabdin Tağıyev - Sahil avtomobil yolundan istifadə etməklə Bakı-Şamaxı yoluna və əksinə çıxmaqla hərəkəti davam etdirə  bilərlər.
 
"Azəravtoyol" ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir. /

Google+ WhatsApp ok.ru